EN

“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər nəzərdən keçirilib

Bakı, 15 aprel, AZƏRTAC

SOCAR-ın prezidenti Rövşən Nəcəfin, “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazın və XRG-nin beynəlxalq aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadrosun iştirakı ilə görüş keçirilib.

SOCAR-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər, əldə olunan nəticələr, növbəti icra mərhələləri üçün nəzərdə tutulan addımlar müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
16
5
azertag.az

6Sources