EN

İran rəsmiləri ilə bağlı skandal iddia: Pakistanda nə baş verib?

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ-la danışıqlar aparmaq üçün Pakistana səfər edən İran nümayəndə heyətinə bir neçə dəfə sui-qəsd cəhdinin olduğu bildirilir.

İddialara görə, əvvəlcə İsrail İslamabada gələn tehran rəsmilərinin təyyarəsini havada vurmaq istəyib. Daha sonra danışıqlar zamanı sui-qəsd cəhdi olub, lakin qarşısı alınıb.

Bu iddialar nə dərəcədə reallığa uyğun gəlir? Belə bir cəhd həqiqətə olub, yoxsa məqsədli şəkildə informasiya yayılır?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, bu informasiya konkret şəkildə təsdiq və təkzib olunmadığına görə, həqiqiliyi istisna edilməməlidir:

“Beynəlxalq hüququn işləməməsi, siyasətçilərin, mülki insanların və obyektlərin hədəf alınması o deməkdir ki, İsrail tərəfindən belə bir addımın atılmasına cəhdlər ola bilər. Bu kontekstdə Pakistanın susqunluğu da diqqət çəkir. Nəzərə almalıyıq ki, ABŞ–İran danışıqları Təl-Əvivi ciddi şəkildə narahat edir. Müharibədən öncə, müharibə zamanı və danışıqlar prosesində İsrailin sabotaj cəhdlərini bütün dünya müşahidə edib.

Əli Zülfüqaroğlu

İsrail hökumətinin ABŞ administrasiyasına diktə siyasəti Vaşinqtonun maraqlarına zərbə vursa da, sonda İsrailin planı üzrə hərəkət edilib. Əgər İsrail İran diplomatlarını hədəf alsaydı, ilk növbədə ABŞ dünya səviyyəsində nüfuzunu tamamilə itirəcəkdi. Onsuz da ciddi prestij problemi yaşayan ABŞ hökuməti daha ciddi problemlə üzləşəcəkdi. Ona görə də İsrailin bu addımı Vaşinqton və Təl-Əviv arasında problemi dərinləşdirə, ABŞ-la İran arasında diplomatik kanalların tamamilə bağlanmasına gətirib çıxara bilərdi”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
42
globalinfo.az

1Sources