EN

“AFB Bank” birinci rübdə aktivlərini 60 milyon manata yaxın artırıb - HESABAT

“AFB Bank” ASC cari ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri 11 milyon 54 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 329 min manat və ya 93,1% çoxdur.

Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 9 milyon 738 min manat (4 milyon 887 min amant / 2 dəfə çox), banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 842 min manat (464 min manat / 2,2 dəfə çox), ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 32 min manat (329 min manat / 11 dəfə az) olub.

Hesabat dövründə bankın faiz xərcləri 5 milyon 231 min manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə  3 milyon 808 min manat və ya 3,7 dəfə çoxdur.

Depozitlər üzrə faiz xərcləri 3 milyon 786 min manat (2 milyon 932 min manat / 4,3 dəfə çox), cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 1 milyon 167 min manat (598 min manat / 2 dəfə çox) təşkil edib.

Alınan haqq və kommisiya gəliri 2 milyon 6 min manata (384 min manat / 23,7% çox), xarici valyutadan gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 282 min manata (56 min manat / 16,6% az) bərabər olub.

Bankın əmək haqqı və digər kompensiya növləri üzrə xərcləri 4 milyon 112 min manata çatıb ki, bu da, illik 1 milyon 905 min manat və ya 86,3% artım deməkdir. Ümumi və inzibati xərclər 1 milyon 389 min manat (109 min manat / 8,5% çox), amortizasiya xərcləri 583 min manat (107 min manat / 22,5% çox) olub.

Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 431 min manat (35%) azalaraq 802 min manata düşüb.

Bu dövrdə bankın xalis mənfəəti əvvəlki illə müqayisədə 1 milyon 193 min manat və ya 2 dəfə azalaraq 1 milyon 128 min manata bərabər olub. Bank birinci rübdə mənfəət vergisi ödəməyib.


Cari ilin birinci rübünün sonunda “AFB Bank”ın aktivlərinin həcmi 482 milyon 8 min manata yüksəlib. Bu, ötən ilin sonu ilə müqayisədə 59 milyon 4 min manatlıq (14%) artım deməkdir.

Müştərilərə verilmiş kreditlər 328 milyon 153 min manata (35 milyon 609 min manat / 12,2% çox), banklar və digər maliyyə institutlarındakı depozitlər 57 milyon 500 min manata (10,5 milyon / 22,3% çox), ticarət və investisiya qiymətli kağızları üzrə aktivlər 1 milyon 492 min manata (992 min manat / 3 dəfə çox), banklar və digər maliyyə institutlarına verilən kreditlər 5 milyon 642 min manata (2 milyon 478 min manat / 30,5% az) bərabər olub.

Hesabat dövründə bankın öhdəlikləri 402 milyon 939 min manata yüksəlib. Bu, son üç ayda 57 milyon 666 min manat və ya 16,7% artım deməkdir.

    Bankdakı depozitlərin həcmi 274,3 milyon manat (47 milyon 938 min manat / 21,2% çox), kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 102 milyon 279 min manat (112 min manat 0,1% az) olub.

2026-cı ilin birinci rübünün sonunda “AFB Bank”ın kapitalının həcmi 79 milyon 69 min manata bərabər olub. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 1 milyon 338 min manat və ya 1,7%-lik artım deməkdir.

Səhmdar kapitalı dəyişilməyərək 70 milyon 393 min manat olub.

Bankın bölüşdürülməmiş mənfəətinin həcmi son üç ayda 1 milyon 129 min maant və ya 24,9% artım göstərərək 5 milyon 660 min manata yüksəlib.

Ümumi ehtiyatların həcmi isə 3 milyon 16 min manat olub ki, bu da, ötən ilin sonuna nəzərən 210 min manat (7,5%) çoxdur.

“AFB“AFB“AFB
Chosen
18
9
fed.az

10Sources