EN

Salyanda qəza: “Hyundai”la “Opel” toqquşdu VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 15-də saat 15:50 radələrində qeydə alınıb. Belə ki, Aytən Məmmədzadənin idarə etdiyi “Hyundai” markalı avtomobil İlqar Cəfərovun idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib. Xoşbəxtlikdən, qəza zamanı xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
avtosfer.az

1Sources