EN

İran Rusiyaya təşəkkürETDİ

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinq zamanı bildirib ki, Tehran Rusiyanın İranın nüvə proqramı ilə bağlı diplomatik həll prosesinə dəstək göstərməyə hazır olmasını yüksək qiymətləndirir və buna görə Rusiya tərəfinə minnətdardır.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

O qeyd edib ki, İran və Rusiya arasında yaxşı münasibətlər mövcuddur və tərəflərin nüvə sahəsində uğurlu əməkdaşlıq təcrübəsi var. Bəqai Rusiyanın bu məsələdə diplomatik prosesə töhfə verməyə hazır olduğunu xatırladaraq, Moskvanın mövqeyinə görə təşəkkürlərini ifadə edib.

Diplomat həmçinin vurğulayıb ki, uranın zənginləşdirilməsi və onun yanacaq səviyyəsinə qədər emalı, eləcə də zənginləşdirilmiş uranın saxlanması ilə bağlı məsələlər ABŞ ilə mümkün razılaşmadan asılı ola bilər.

NURİYYƏ

Chosen
23
35
redaktor.az

10Sources