EN

Messi məhkəməyə verildi DƏLƏDUZLUQ İTTİHAMI

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın promouter şirkəti VID Lionel Messi və Argentina Futbol Assosiasiyasına qarşı çoxmilyonluq məhkəmə iddiası qaldırıb.Bizim.Media xəbər verir ki, bu barədə “TMZ” nəşri məlumat yayıb

 

İddiaçı tərəfin bildirdiyinə görə, 2023-cü ilin oktyabrında Argentina və Venesuela yığmaları arasında keçirilən reklamı geniş aparılmış yoldaşlıq oyununda Messinin iştirak etməməsi şirkətə ciddi maliyyə ziyanı vurub.

Müqavilə şərtlərinə əsasən, argentinalı futbolçu zədə olmadığı halda matçda azı 30 dəqiqə meydanda olmalı idi. Lakin hər hansı zədəsi olmadığı bildirilsə də, Messi həmin qarşılaşmada ümumiyyətlə meydana çıxmayıb.İddianın dəqiq məbləği açıqlanmayıb.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
bizim.media

2Sources