EN

Britaniyada sığınacaq FIRILDAQÇILIĞI: 9 min dollara “LGBT” ssenarisi SATIRLAR

Britaniyalı hüquqşünaslar miqrantlara sığınacaq almaq üçün “rol oynamağı” öyrədirlər.

İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Böyük Britaniyada miqrantlara sığınacaq almaq üçün qeyri-qanuni yollarla kömək edən hüquq məsləhətçilərinin fəaliyyəti ifşa olunub.

Məlum olub ki, bəzi hüquqşünaslar miqrantlara 9 min dollar (təxminən 15 300 manat) qarşılığında cinsi azlıq olduqlarını iddia etməyi və “depressiyaya düşmüş” obrazı yaratmağı öyrədirlər.

Bu qanunsuz xidmətdən əsasən iş, tələbə və ya turist vizalarının müddəti bitmiş şəxslər istifadə edir.

Belə müraciətlər bütün sığınacaq tələblərinin 35%-ni təşkil edir və bu sahədə ən çox Pakistan və Banqladeş Respublikasının vətəndaşları aktivlik göstərirlər.

Ölkədə qalmaq istəyənlərə mütəxəssislərə müraciət edərək “depressiyaya düşmüş” kimi davranmaq, həmçinin oynayacaqları rolu inandırıcı etmək üçün əvvəlcədən hazırlanmış ssenariləri əzbərləmək tövsiyə olunur.

Təşkilatlar “sübut” toplamaq məqsədilə LGBT klublarından fotoşəkillər, müvafiq tədbirlərə biletlər və hətta eyni cinsli tərəfdaşla cinsi əlaqəni təsdiqləyən saxta sənədlər hazırlayırlar.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
28
interpress.az

1Sources