EN

Azərbaycanın büdcə gəlirləri proqnozları məlum olub

Bakı. Trend:

2027-ci il üçün icmal büdcəsinin gəlirləri 2026-cı ilin təsdiqolunmuş göstəricisi ilə müqayisədə 3 milyard 94,2 milyon manat vəyaxud 6,9 faiz çox olmaqla 48 milyard 63,6 milyon manat,ortamüddətli dövrün sonuna isə 8 milyard 830,5 milyon manat vəyaxud 19,6 faiz çox olmaqla 53 milyard 799,9 milyon manatproqnozlaşdırılır.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, 2030-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlətbüdcəsinin gəlirlərindəki payı 2027-ci ilin göstəricisi iləmüqayisədə 8,1 faiz bənd artaraq 69,1 faiz, mütləq ifadədə isə 18,8faiz artaraq 28,4 milyard manat təşkil edəcək. Eyni zamanda, dövlətbüdcəsinin neft-qaz gəlirləri 2027-ci illə müqayisədə 17,0 faizazalaraq dövrün sonunda 12,7 milyard manata qədər enəcək.

“Dövlət büdcəsinin gəlirləri əvvəlki illərin faktiki icragöstəriciləri və 2027-ciil və sonrakı üç il üçün son makroiqtisadiproqnozlar (ÜDM və qeyri-neft-qaz ÜDM-in artım templəri, valyutaməzənnəsi, neft-qaz hasilatı, neft qiyməti və digər) əsasındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci iltarixli 4 nömrəli Qərarı ilətəsdiq edilmiş “Dövlət büdcəsiningəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərininvə dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması”Qaydasına uyğun olaraq hər bir tədiyə növü üzrə ayrı-ayrılıqdahesablanmışdır. Ortamüddətli dövr üzrə icmal və dövlət büdcəsininneft-qaz gəlirlərinin hesablanmasında xam neftin 2027-2030-cu illərüzrə 65 ABŞ dolları/barel, habelə neft-qaz sektoru üzrəproqnozlaşdırılan hasilat həcmləri və Dövlət Neft Fondununaktivlərinin gəlirlilik faizi kimi faktorlar nəzərə alınmışdır.Bununla yanaşı, büdcə gəlirlərinin tərkibində qeyri-neft-qazgəlirlərinin payının genişlənməsi qeyri-neft sektoru üzrə ÜDM-dəproqnozlaşdırılan artım, həmçinin sahibkarlığın inkişafı,biznes-investisiya mühitinin yaxşılaşdırılması,korrupsiya iləmübarizə və kölgə iqtisadiyyatının məhdudlaşdırılması, şəffaflıq vədövlət maliyyəsi istiqamətində tədbirlərlə bağlıdır”, - məlumatdaqeyd edilib.

Məqalədə:
Chosen
29
1
az.trend.az

2Sources