EN

Bu məntiqin inkişafı qaçılmaz müharibə deməkdir - Paşinyan

“Üçbaşlı müharibə partiyası”nın (Koçaryan–Karapetyan–Sarukyan – red.) nümayəndələri bir-biri ilə yarışaraq, sülh şərtlərinə yenidən baxılmasından danışır və guya onu daha yaxşı etmək istədiklərini bildirirlər.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O bildirib: “Bu gün şərtlərin yenidən baxılmasını tələb edən qüvvələr Qarabağ və ətraf rayonları əhatə edən xəritələr və onu simvolizə edən bayraqlarla çıxış edirlər. Bu məntiqin inkişafı qaçılmaz müharibə deməkdir.

Digər qüvvələr də eyni simvollar və şüarlar altında çıxış edərək bildirirlər ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometr ərazisi ilə məhdudlaşmamalıdır. Bu məntiqin inkişafı da qaçılmaz şəkildə müharibəyə gətirib çıxaracaq”.


Telegram kanalımız
Chosen
30
4
yenisabah.az

2Sources