EN

Türk dostu Orbanın seçkidə məğlubiyyətinin kökü...



Azər Həsrət: “O, bu reallığı nəzərə almadığına görə də seçkidə uduzdu”

Macarıstan Baş naziri Viktor Orban 16 illik hakimiyyətdən sonra seçkilərdə məğlub oldu. “Seçkilərin nəticəsi aydın və ağrılıdır”-deyə Viktor Orban tərəfdarları qarşısında çıxışında deyib.

Macarıstanda keçirilən seçkilərdə Orban niyə məğlub oldu?

Halbuki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp da onu dəstəkləyirdilər.

Nə baş verdi ki, seçkilərdə Orban uduzdu?

Qeyd edək ki, siyasi şərhçilərin əksəriyyətinin fikrincə, indiyə qədər nə Putin, nə də Tramp onlara inanan siyasi liderləri sona qədər dəstəkləməyib, Orbana münasibətdə də bu özünü göstərir.

Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, Putin, Tramp hansısa siyasi lideri dəstəkləyə bilər, amma bir şeyi unutmamalıyıq ki, seçkilərdə seçkinin taleyini səs verən xalq, seçicilər müəyyənləşdirir: “Hələ-hələ kənardan hansısa ölkələ rəhbərləri, siyasi liderlər ölkənin daxili işi olan seçki prosesinə qarışarsa bu vətəndaşları daha da özündən çıxarar və onlar gedib açığa gedib məhz həmin xaricdən dəstəklənən liderin əleyhinə səs verərlər. Ona görə də istənilən ölkədə, o cümlədən, Macarıstanda bu faktoru nəzərə almalı idilər ki, xarici qüvvələrin dəstəyi ilə hakimiyyətdə qalmağa cəhd göstərmək yanlış bir şeydir. Bu bir. İkinci bir tərəfdən, Macarıstan Avropa Birliyinin üzvüdür, amma özəlliklə də Rusiyanın Ukraynaya təcavüzü işığında Viktor Orban faktiki olaraq Avropa dəyərləri, Avropa siyasəti ilə daban-dabana zidd yanaşma sərgiləyir. Əlbəttə ki, Macarıstan xalqının mövqeyi bu deyil. Macarıstan xalqı özünü Avropanın bir hissəsi sayır, özlərini avropalı bilir və Ukraynaya təcavüzü də öz adı ilə çağırmağın tərəfdarıdırlar. Yəni çoxluq belədir. O baxımdan, Viktor Orban bu reallığı nəzərə almalı idi. Amma almadı. O, bu reallığı nəzərə almadığına görə də seçkidə uduzdu”.

A.Həsrət hesab edir ki, indən sonra Macarıstanın Çexiya, Slovakiya kimi yaxın qonşuları bu reallıqları nəzərə almalı olacaqlar. O, qeyd etdi ki, çünki onlar da Macarıstan kimi Rusiyaya loyal münasibət bəsləyir, təcüvzkara yerini göstərməyə cəhd etmir. “Təbiidir ki, həmin ölkələrin xalqları da hazırkı hakimiyyətə bax elə Macarıstanda olduğu kimi yerini göstərməli olacaq. Biz bu məsələləri belə şərh edərkən Azərbaycanda bəzi dostlarımız deyir ki, Orban Azərbayacın dostu idi və sair. Orban bizim dostumuzdur. Bizim dostumuz təkcə Orban deyil ki, macar xalqıdır. Bütün Macarıstan bizim dostumuzdur. Yəni Macarıstan xalqı hansısa seçim edibsə bizə düşən də o seçimə hörmətlə yanamaqdır. Hazırkı vəziyyətdə Macarıstan xalqı Viktor Orbanı lider olaraq artıq seçmədi. Onun partiyası uduzdu. Yeni seçilmiş partiya, onun lideri macar da bizim dostumuz olacaq. Yeri gəlmişkən, qardaş Türkiyənin cumhur başqanı Rəcəb Taib Ərdoğan onunla telefon danışığı aparıb və təbrik edib. Bu da ondan xəbər verir ki, qardaş Türkiyə artıq yeni liderlə işləməyə başlayıb. Bizim özümüz də yəqin ki, eyni qaydada işləyəcəyik”-deyə A.Həsrət bildirdi.

İradə SARIYEVA

Chosen
21
baki-xeber.com

1Sources