EN

Tramp: “Kimsə Papaya desin ki...”

ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında Papa Leo ilə getdikcə dərinləşən fikir ayrılığı ilə bağlı yeni açıqlama verib. 

"Cebheinfo.az" xəbər verir ki, Tramp bildirib: 

“Xahiş edirəm, kimsə Papa Leoya desin ki, İran son iki ayda ən azı 42 min günahsız, tamamilə silahsız etirazçını öldürüb və İranın nüvə bombasına sahib olması qətiyyən qəbul edilə bilməz”. 

O, paylaşımına “Amerika geri döndü” qeydini də əlavə edib. Bu açıqlama Trampın sosial mediada Papa Leonu “cinayət mövzusunda zəif” və “xarici siyasətdə bərbad” adlandırmasından iki gün sonra verilib. 

Gərginlik ABŞ-də doğulmuş ilk papa olan Pope Leonun ABŞ və İsrailin İrana qarşı apardığı müharibəni tənqid etməsindən sonra daha da artıb. 

Papa Leo Tramp administrasiyasından qorxmadığını və müharibənin dəhşətlərini qınamağa davam edəcəyini bildirib.

Chosen
29
cebheinfo.az

1Sources