Dünya klublarının reytinq cədvəli yenilənib.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan klublarından “Qarabağ” ən yüksək göstəriciyə malik olmaqda davam edir. Ağdam təmsilçisi son cədvəllə müqayisədə bir pillə irəliləyərək 181-ci yerə yüksəlib.
“Qarabağ”la yanaşı, “Sabah”, “Turan Tovuz”, “Neftçi”, “Şamaxı”, “İmişli” və “Karvan-Yevlax”da da irəliləyiş müşahidə olunub. Xüsusən də yevlaxlılar 156 pilləlik sıçrayışla diqqət çəkiblər. Digər debütant “İmişli” isə 88 komandanı qabaqlayıb.
“Zirə” reytinqdə əvvəlki mövqeyində qalıbsa, “Araz-Naxçıvan”, “Sumqayıt”, “Qəbələ” və “Kəpəz” geriləyib. Gəncəlilər düz 127 addımlıq geriləmə ilə yadda qalıb.
"Cebheinfo.az"