GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
“ABŞ İranla atəşkəsin uzadılmasını düşünmür və bunu zəruri hesab etmir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Düşünürəm ki, qarşıdakı iki gün ərzində çox təəccüblü hadisələrin şahidi olacaqsınız. Müharibə müxtəlif ssenarilərlə yekunlaşa bilər. Amma məncə, razılaşma daha yaxşı variantdır, çünki bu halda onlar yenidən qurula bilərlər.
Hazırda İranın tamamilə fərqli bir hakimiyyəti var. Hər halda, biz radikalları aradan qaldırdıq – onlar artıq yoxdur. Əgər mən prezident olmasaydım, dünya artıq dağılmış olardı”, – deyə Ağ Ev rəhbəri bildirib.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.