EN

Rusiya XİN: Rəsmi Bakı rusiyalıların İrandan təxliyəsinə dəstək verib

Rəsmi Bakı Rusiya vətəndaşlarının İrandan təxliyəsi zamanı əhəmiyyətli yardım göstərib.

Bizim.Media xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov bildirib.

Onun sözlərinə görə, Bakı rusiyalılara 2020-ci ildən fərdi keçid üçün bağlı olan “Astara” sərhəd-keçid məntəqəsindən istifadə imkanı yaradıb.

Diplomat qeyd edib ki, bu keçid Rusiyanın Tehrandakı səfirliyinin əvvəlcədən təqdim etdiyi müraciət əsasında mümkün olub.

Bizim.Media

Chosen
29
10
bizim.media

10Sources