AZ

Zelenski: “İran müharibəsi ABŞ-ın Kiyevə dəstəyini daha da zəiflədə bilər”

ABŞ və İsrailin İrana qarşı uzunmüddətli müharibəsi Vaşinqtonun Kiyevə dəstəyini daha da zəiflədə bilər.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Associated Press”ə verdiyi müsahibəsində söyləyib.

Prezidentin sözlərinə görə, Ukraynanın Rusiyanın gündəlik hücumlarına qarşı tab gətirməsi üçün təcili olaraq Amerikanın əlavə “Patriot” sistemlərinə ehtiyacı var.

Zelenski Kiyevin hələ də ballistik raketləri zərərsizləşdirmək üçün bu sistemlərə təsirli alternativinin olmadığını vurğulayıb.
 

Zelenski etiraf edib ki, Yaxın Şərqdəki yeni müharibə fonunda Ukrayna artıq beynəlxalq diqqət mərkəzində deyil. Prezident bildirib ki, buna görə də Kiyev İran üzərində uzunmüddətli münaqişənin ABŞ-nin dəstəyinin daha da azalmasına səbəb olacağından qorxur.


“Etiraf etməliyik ki, bu gün biz prioritet deyilik”, - deyə Ukrayna lideri vurğulayıb.

Bizim.Media

Seçilən
1
11
bizim.media

10Mənbələr