EN

Avropadan "Hörmüz planı"

Avropada ABŞ-ın iştirakı olmadan Hörmüz boğazında gəmiçiliyə kömək məqsədilə koalisiya yaratmaq niyyətindədirlər.

Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Avropa dövlətləri boğaz vasitəsilə maneəsiz gəmiçiliyi təmin etmək üçün minaxtaran və digər hərbi gəmilərin göndərilməsi də daxil olmaqla geniş koalisiyanın yaradılması planını nəzərdən keçirirlər. Qeyd olunub ki, "lakin bu plan yalnız müharibədən sonra hazırlanacaq və bir konkret ölkəni - ABŞ-ı istisna edə bilər".

Almaniyanın yüksək rütbəli rəsmisi bildirib ki, indiyədək hər hansı hərbi iştirak imkanını açıq şəkildə müzakirə etməyə meyilli olmayan Almaniya da bu koalisiyaya qoşula bilər. Lakin WSJ yazır ki, avropalılar hələ bir sıra fikir ayrılıqlarını həll etməlidirlər.

Chosen
22
50
publika.az

10Sources