AZ

Proses ABŞ ın ziyanına işləyir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"İranla Birləşmiş Ştatlar arasında keçirilən danışıqlar prosesinin ilk raundunun nəticəsiz başa çatması və bunun ardınca Ağ Ev rəhbərliyinin səsləndirdiyi təhdid dolu açıqlamalar, eləcə də Trampın Hörmüz boğazı ətrafında blokada yaratmaq cəhdləri beynəlxalq nizamın Vaşinqtonun əleyhinə işləməsinə səbəb olub. Hazırkı situasiyada görünən mənzərə ondan ibarətdir ki, əksər ölkələr İranla bağlı məsələdə Birləşmiş Ştatların sərgilədiyi mövqeni dəstəkləmir. Vəziyyət o həddə çatıb ki, müsəlman aləmində Birləşmiş Ştatların ən yaxın müttəfiqlərindən olan Səudiyyə Ərəbistanı Hörmüz boğazının blokadasından imtina edilməsinə və İranla danışıqlara qayıdılmasına nail olmaq üçün ABŞ-yə təzyiq göstərməyə çalışır. Paralel olaraq Avropa ölkələri də Trampın Hörmüz boğazının blokadaya alınması istiqamətindəki fəaliyyətinə qarşıdır".Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı İran-Amerika danışıqlarından sonra beynəlxalq aləmdə cərəyan edən prosesləri şərh edərkən səsləndirib. O bildirib ki, ABŞ prezidenti Trampın gözlənilməz gedişləri, Hörmüz boğazı ilə bağlı addımı, ümumilikdə İrana qarşı əməliyyatlar təkcə dünyanın siyasi nizamını pozmayıb, eyni zamanda qlobal miqyasda iqtisadi sahədə də ciddi kataklizmlərə gətirib çıxarıb:"Mövcud vəziyyətdən təkcə İran deyil, eyni zamanda Avropa, Körfəz ölkələri, Tehranın yaxın və uzaq qonşuları ciddi əziyyət çəkir. Ona görə də hazırda əksər ölkələr ABŞ-a problemi danışıqlar yolu ilə həll etməyə üstünlük vermək üçün çağırış edirlər. Çünki bunun əksi təkcə region deyil, ümumilikdə dünyanı siyasi və iqtisadi fəlakətə sürükləyəcək".Arzuman Muradlı onu da deyib ki, müşahidə etdiyimiz mənzərə həm də proseslərdə İranın əlinin gücləndiyini göstərir. Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
50
newscenter.az

10Mənbələr