EN

Hörmüz gərginliyi: Çindən ABŞ-yə sərt reaksiya

Çin ABÅž-nin Hörmüz boÄŸazını blokadaya alma təşəbbüsünü “tÉ™hlükÉ™li vÉ™ mÉ™suliyyÉ™tsiz addım” kimi qiymÉ™tlÉ™ndirib.

"Ölkə.az" xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun paytaxt Pekində keçirilən ənənəvi brifinqdə məsələ ilə bağlı açıqlama verib.

Sözçü bildirib ki, tərəflər arasında əldə olunan müvəqqəti atəşkəs hələ qüvvədə olduğu halda, ABŞ hərbi mövcudluğunu sürətləndirir və Hörmüz boğazını hədəf alan blokadaya yönəlir. Onun sözlərinə görə, bu addım yalnız qarşıdurmanı dərinləşdirəcək, gərginliyi artıracaq və onsuz da kövrək olan atəşkəsi təhlükə altına qoyacaq.

Guo qeyd edib ki, blokada boğazdan təhlükəsiz keçidi riskə atır. O vurğulayıb ki, vəziyyətin yaxşılaşması üçün əsas şərt tam atəşkəsdir:

“TÉ™rÉ™flÉ™ri atəşkÉ™s razılaÅŸmasına É™mÉ™l etmÉ™yÉ™, sülh danışıqlarının istiqamÉ™tinÉ™ sadiq qalmaÄŸa vÉ™ Hörmüz boÄŸazında normal nÉ™qliyyatın É™n qısa zamanda bÉ™rpası üçün konkret addımlar atmaÄŸa çağırırıq”.

Sözçü əlavə edib ki, boğazdan təhlükəsiz və maneəsiz keçid yalnız müharibənin dayandırılması və Körfəz bölgəsində sülh və sabitliyin təmin olunması ilə mümkündür.

Guo Jiakun atəşkəsin son dərəcə kövrək olduğunu və regionun kritik mərhələdə olduğunu vurğulayaraq deyib:

“Prioritet müharibÉ™ alovunu körüklÉ™mÉ™yi dayandırmaq vÉ™ çətinliklÉ™ É™ldÉ™ edilmiÅŸ atəşkÉ™sin davamlılığını qorumaq olmalıdır. Bütün tÉ™rÉ™flÉ™r problemin hÉ™lli üçün diplomatik vÉ™ siyasi vasitÉ™lÉ™rÉ™ üstünlük vermÉ™lidir”.

O əlavə edib ki, Çin tərəfi regionda sülh və sabitliyin təmin olunması üçün digər tərəflərlə birlikdə konstruktiv rol oynamağa davam edəcək.

Sözçü həmçinin Donald Trampın Çinin İrana silah verməsi halında əlavə 50% gömrük rüsumu tətbiq ediləcəyi ilə bağlı açıqlamasına da münasibət bildirib. Guo qeyd edib ki, Çin hərbi məhsulların ixracında daim ehtiyatlı və məsuliyyətli siyasət yürüdür, bu sahə qanunlar və beynəlxalq öhdəliklər çərçivəsində ciddi nəzarətdə saxlanılır. O xəbərdarlıq edib ki, ABŞ bu məsələni bəhanə edərək tarifləri artırarsa, Çin qəti qarşı tədbirlər görəcək.

Qeyd edək ki, Donald Tramp İranla Pakistanda keçirilən danışıqların uğursuzluğundan sonra sosial şəbəkədə Hürmüz Boğazının blokadaya alınması prosesinə başlanacağını açıqlamışdı.

Bundan dərhal sonra CENTCOM 13 aprel saat 17:00-dan etibarən İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə qarşı dəniz blokadasının başlanacağını elan etmişdi.(musavat.com)
 

Chosen
9
2
olke.az

3Sources