EN

"Kızılcık şerbeti"nin aktrisasından boykot açıqlaması

Kızılcık Şerbeti” serialında Başak Haksever Ünal obrazını canlandıran aktrisa Seray Kaya, kulisdə Rojda tərəfindən ifa olunan kürd dilində “Hey Lê Lê” mahnısının sədaları altında əyləndikləri anları paylaşdıqdan sonra sosial şəbəkələrdə boykot çağırışları ilə üzləşib.

Musavat.com xəbər verir ki, paylaşım qısa müddətdə yüz minlərlə bəyənmə toplasa da, bəzi istifadəçilər aktrisanı hədəf alaraq tənqid edib.

Seray Kaya ona qarşı yönələn tənqidlərə sosial şəbəkədə cavab verib. O kürd dilində mahnıya görə boykot çağırışlarına münasibət bildirib:

“Kürd dilində mahnı dinləyir və oxuyuram deyə bir qrup tərəfindən boykot edilirmişəm. Bizi bölə bilməzsiniz, ayıra bilməzsiniz. Vətənini sevən azad bir qadın olaraq birlikdə var olmağa, gözəl olan hər şeyə qucaq açmağa davam edəcəyəm. Buyurun, davam edin.”

 

343001.png

Aktrisanın qoşulduğu mahnı Van şəhərindən və onun gözəlliklərindən bəhs edir.

Könül

Musavat.com 

Chosen
22
musavat.com

1Sources