Bakı.Trend:
Çinin “Geely” avtokonserni Rusiya bazarından 38,9 min“Atlas”markalı avtomobilini geri çağırır.
Trend bu barədəRusiya mediasına istinadən xəbər verir.
Söhbət konkret olaraq 11 oktyabr 2023-cü ildən 30 sentyabr2025-ci ilə qədər olan müddət ərzində istehsal olunmuşavtomobillərdən gedir.
Geriçağırılmaya səbəb həmin dövr ərzində buraxılmış “Atlas”lardaparkinq köməkçisi sisteminin qoruyucusunda aşkarlanmış nasazlıqdırvə şirkət onların dəyişilməsini zəruri hesab edir.