EN

Peter Maqyar Ukrayna ilə bağlı hər kəsi şoka saldı: Heç vaxt...

Avropa İttifaqı (Aİ) Macarıstanda keçirilən seçkilərdə böyük uğur qazanan "Tisa" partiyasının lideri Peter Maqyarla bağlı böyük məyusluq yaşaya bilər. Brüsselin "yeni ümidi" hesab olunan siyasətçinin Ukrayna ilə bağlı son bəyanatı Avropa paytaxtlarında "soyuq duş" effekti yaradıb.

Publika.az xəbər verir ki, bu barədə Polşanın "Do Rzeczy" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Maqyar Ukraynanın yaxın 10 il ərzində Avropa birliyinə üzv olmasının qeyri-mümkün olduğunu açıq şəkildə bəyan edib. Analitiklər hesab edir ki, Maqyar tezliklə Brüssel liderlərini təəccübləndirməyə davam edəcək. Belə ki, o, əslində Ukraynanın Aİ-yə daxil olmasının qəti tərəfdarı deyil.

Məqalə müəllifləri qeyd edirlər ki, Macarıstanın Ukraynanın üzvlüyünə qarşı çıxması sadəcə siyasi yox, həm də ciddi iqtisadi maraqlara söykənir. Ukraynanın birliyə qoşulması Macarıstan iqtisadiyyatı üçün dağıdıcı nəticələr verə bilər.

Bundan əlavə, dənizə çıxışı olmayan Macarıstan öz xammal ehtiyaclarını ödəmək üçün Rusiya ilə ticarəti davam etdirmək məcburiyyətindədir.

Chosen
27
publika.az

1Sources