EN

İran ABŞ-ın mümkün dəniz blokadasına HAZIRLAŞIR - ƏMR VERİLDİ

İranın daxili işlər naziri İskəndər Momeni ölkənin sərhədyanı əyalətlərinin qubernatorlarına mal idxalı və ixracının fasiləsizliyini təmin etmək barədə xüsusi tapşırıq verib.

Musavat.com xəbər verir ki, bu addım ABŞ tərəfindən tətbiq edilə biləcək mümkün dəniz blokadasının mənfi təsirlərini minimuma endirmək məqsədi daşıyır.

İslam Respublikası hökumətinin portalında dərc olunan rəsmi sənəddə nazir vurğulayıb ki, düşmənin əhalinin yaşayış səviyyəsinə qarşı yönəlmiş təhdidlərini zərərsizləşdirmək üçün bütün milli və regional resurslar səfərbər edilməlidir.

Tapşırığa əsasən, qubernatorlar yerli kooperativlər və digər ictimai strukturlarla sıx əməkdaşlıq edərək sərhədyanı ticarəti, o cümlədən əsas tələbat mallarının idxalını və yerli məhsulların ixracını daha da inkişaf etdirməlidirlər.

Qeyd olunur ki, Tehran bu yolla xarici təzyiqlərə baxmayaraq daxili bazarın sabitliyini qorumağı hədəfləyir.

Musavat.com

Chosen
11
musavat.com

1Sources