EN

Şanlıurfada liseyə silahla hücum edən şəxslə bağlı TƏFƏRRÜAT GÖRÜNTÜLƏR

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə pnevmatik silahla atəş açan və 16 nəfəri yaralayan şəxslə bağlı bəzi məqamlar məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Demirören" xəbər agentliyi (DHA) məlumat yayıb.

Bildirilib ki, məktəbin keçmiş şagirdi Ömer Ketin hadisədən öncə təhsil ocağının sosial media hesablarına təhdid mesajları göndərib. O, məktəbə - "Hazır olun, bir neçə gündən sonra hücum olacaq", - deyə mesajlar ünvanlayıb.

13:18

Şanlıurfanın Siverek rayonunda liseydə baş verən atışmanın anbaan görüntüləri yayımlanıb.

Oxu.Az DHA-ya istinadən həmin görüntüləri təqdim edir:

https://t.me/oxuaze/179427

12:51

Bu səhər Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu liseyində baş verən atışma 2007-ci il təvəllüdlü məktəbin keçmiş şagirdi Ö.K. tərəfindən törədilib.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 10 şagird, dörd müəllim, bir polis məmuru və bir yeməkxana əməkdaşı yaralanıb. Nazirlikdən bildirilib ki, xəsarət alanlar müalicə üçün Siverek Dövlət Xəstəxanasına aparılıblar. Məlumata görə, hücumu pnevmatik silahla həyata keçirən cinayətkar hadisədən sonra eyni silahla özünə qəsd edib.

12:33

Şanlıurfanın Siverek rayonunda bir nəfərin liseyə daxil olub, tüfənglə atəş açması nəticəsində şagirdlər də daxil olmaqla 16 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Milliyet" nəşri mənbələrə istinadən məlumat yayıb. Hadisə ilə bağlı Şanlıurfa valisi Hasan Şıldak deyib ki, hücum edən şəxs məktəbin keçmiş şagirdi olan 2007-ci il təvəllüdlü şəxsdir. Onun sözlərinə görə atışmadan sonra, o, özünü güllələyib. Vali bildirib ki, şagirdlər məktəbdən artıq təxliyə olunublar. Hadisənin baş vermə səbəbləri araşdırılır.

https://www.instagram.com/reel/DXGpVhkCNpm/?utm_source=ig_web_copy_link

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
cebheinfo.az

1Sources