EN

Orbanın gedişi yeni çaxnaşma yaratdı: ilk etiraz Fransadan gəldi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Avropalılar Ukrayna Prezidenti Volodimir Zelenskini maliyyələşdirməyi dayandırmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu fransız sağçı “Patriotlar” partiyasının lideri Florian Filippot deyib.

O bildirib ki, Macarıstanın keçmiş baş naziri Viktor Orbanın gedişindən sonra Zelenski maliyyə vəsaiti əldə etməyə tələsir.

“Zelenski çox xoşbəxtdir, çünki Macarıstanın yeni baş naziri Peter Magyar dünən axşam təsdiqlədi ki, Macarıstan Avropa İttifaqının (Aİ) 90 milyardlıq planına qoyduğu vetonu götürür, lakin özü maliyyə ayırmayacaq. Deməli, 17 milyardı Fransa ödəyəcək!” — deyə o yazıb.

Filippot əlavə edib ki, Zelenski artıq pul almaq üçün Almaniyaya yollanıb və digər donor ölkələr də onu izləyəcək.

“Biz bu cəfəngiyyata nə vaxt son qoyacağıq?!” — deyə siyasətçi sual edib.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
globalinfo.az

1Sources