EN

Türkiyədə liseyə silahlı hücum:

Türkiyədə liseyə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb. Liseydə baş verən silahlı hücumla bağlı araşdırma başlanıb.Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə ilə əlaqədar təhlükəsizlik orqanları tərəfindən genişmiqyaslı istintaq aparılır. İlkin məlumata görə, insident nəticəsində 16 nəfər yaralanıb. Hadisəni törədən 2007-ci il təvəllüdlü şəxs intihar edib.Şanlıurfa valisi Hasan Şıldak bildirib ki, yaralananlardan 4-ü müəllim, 10-u şagird, 1-i polis əməkdaşı, 1-i isə məktəb bufetinin işçisidir.

Qeyd olunub ki, müəllimlərdən birinin vəziyyəti ağırdır.

Chosen
9
metbuat.az

1Sources