EN

Ronaldo DÇ-2030-da oynama ehtimalından danışdı: Hər həftə qol vururam

"Əl-Nəsr və Portuqaliya millisinin heyətində çıxış edən hücumçu Kriştiano Ronaldo maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, 41 yaşlı superulduz 2030-cu il dünya çempionatında iştirak ehtimalı barədə danışıb.

“Mən hələ də 2030-cu il dünya çempionatında oynamaq ehtimalından imtina etməmişəm. 41 yaşımda hər həftə qol vururam, bəlkə də daha 4 il oynaya bilərəm”, – deyə Ronaldo DAZN-a açıqlamasında bildirib.

Qeyd edək ki, həmin turnir zamanı onun 45 yaşı olacaq.

Chosen
38
publika.az

1Sources