"Əl-Nəsr və Portuqaliya millisinin heyətində çıxış edən hücumçu Kriştiano Ronaldo maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, 41 yaşlı superulduz 2030-cu il dünya çempionatında iştirak ehtimalı barədə danışıb.
“Mən hələ də 2030-cu il dünya çempionatında oynamaq ehtimalından imtina etməmişəm. 41 yaşımda hər həftə qol vururam, bəlkə də daha 4 il oynaya bilərəm”, – deyə Ronaldo DAZN-a açıqlamasında bildirib.
Qeyd edək ki, həmin turnir zamanı onun 45 yaşı olacaq.