EN

Naxçıvanda ötən il kredit qoyuluşları, əmanətlər və nağdsız ödənişlər artıb

Bakı. Trend:

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərənbank və bank olmayan kredit təşkilatları tərəfindən iqtisadiyyatayönəldilmiş kredit qoyuluşlarının ümumi həcmi 491,1 milyon manattəşkil edib.

Trend-inməlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 81,1 milyonmanat və ya 19,8 faiz çoxdur.

Məlumata əsasən, kredit qoyuluşlarının strukturunda ən böyük payistehlak kreditlərinin payına düşüb. Hesabat dövründə istehlakkreditləri 329,4 milyon manat təşkil edib və əvvəlki illəmüqayisədə 19,4 milyon manat və ya 6,3 faiz artıb. Ən yüksək artımisə biznes kreditləri üzrə müşahidə olunub. 2024-cü ildə 73,3milyon manat olan biznes kreditləri 2025-ci ildə 132,1 milyonmanata yüksəlib.

“İpoteka kreditləri üzrə kredit qoyuluşları 10,1 milyon manatolub, əvvəlki illə müqayisədə 552 min manat və ya 5,8 faiz artıb.Kənd təsərrüfatına yönəldilmiş kreditlər isə 19,4 milyon manattəşkil edib, bu istiqamətdə 2,2 milyon manat və ya 13 faiz artımqeydə alınıb. 2026-cı il 1 yanvar tarixinə muxtar respublikaəhalisinin banklardakı əmanətlərinin məbləği milli valyutaekvivalentində 38,3 milyon manat təşkil edib, bu göstərici 2025-ciilin əvvəli ilə müqayisədə 12,8 milyon manat və ya 50,1 faiz artıb.Ən mühüm göstəricilərdən biri nağdsız ödənişlərin həcmində qeydəalınıb. Belə ki, 2025-ci ildə nağdsız ödənişlərin həcmi 1 milyard227,3 milyon manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 200,9milyon manat və ya 19,6 faiz çoxdur”, - məlumatda qeyd edilib.

Chosen
15
az.trend.az

1Sources