Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündə Azərbaycanın AQEM-dəki liderliyini yüksək qiymətləndirib.Bu barədə K.Sarıbay "X" sosial şəbəkəsindəki paylaşımında yazıb. "Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüm. Azərbaycanın AQEM-dəki güclü liderliyini, o cümlədən təşkilatın transformasiyasındakı mühüm irəliləyişi yüksək qiymətləndirdim. Qarşıdan gələn AQEM sammitinə və AQEM Media Forumuna hazırlıq məsələlərini müzakirə etdik", - o yazıb.Sarıbay, həmçinin Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla görüşüb, tərəflər AQEM Gənclər Şurasının 9-cu iclasına hazırlığı müzakirə ediblər. "Güclü gənclər təşəbbüslərinə əsaslanaraq, AQEM Gənclər Şurasının 9-cu iclasına hazırlığı müzakirə etdik. Gənclər gündəliyini necə genişləndirmək, o cümlədən peşə təhsili sahəsində ən yaxşı təcrübələr və könüllülükdə gənclərin rolu barədə fikir mübadiləsi apardıq", - o qeyd edib.
Mətləb
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.