EN

“Qəbələ” qanalı futbolçu ilə yeni müqavilə imzalayıb

Bakı, 14 aprel, AZƏRTAC

“Qəbələ” futbolçusu Prins Ovusu ilə yeni müqavilə imzalayıb.

Klubdan AZƏRTAC-a bildirilib ki, 20 yaşlı vingerlə sözləşmənin müddəti 2028-ci ilin iyun ayınadək uzadılıb.

Futbolçu “qırmızı-qaralar”ın heyətində keçirdiyi 29 oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Eyd edək ki, Qananın Nayan Akademiyasından transfer olunan Prins Ovusu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.

 

Chosen
37
azertag.az

1Sources