Bakı, 14 aprel, AZƏRTAC
“Qəbələ” futbolçusu Prins Ovusu ilə yeni müqavilə imzalayıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, 20 yaşlı vingerlə sözləşmənin müddəti 2028-ci ilin iyun ayınadək uzadılıb.
Futbolçu “qırmızı-qaralar”ın heyətində keçirdiyi 29 oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Eyd edək ki, Qananın Nayan Akademiyasından transfer olunan Prins Ovusu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.