EN

Paytaxtda dələduzluq edən SMM saxlanıldı

Bakıda dələduzluq edən sosial media meneceri (SMM) saxlanılıb.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı E.Məmmədov Nəsimi rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb.
 
O, sosial şəbəkələrdə reklam yerləşdirmək barədə yalan vədlər verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Araşdırmalarla E.Məmmədovun bu üsulla bir neçə nəfəri aldatdığı müəyyən edilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
Chosen
3
11
moderator.az

10Sources