EN

Semeru vulkanı yenidən püskürdü Əhali üçün təhlükə xəbərdarlığı edildi

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İndoneziyanın mərkəzində yerləşən Şərqi Yava əyalətindəki Semeru dağı yenidən püskürüb.

Redaktor.az xəbər verir ki, bu barədə Antara vulkanik monitorinq stansiyasının məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, vulkanın kraterindən təxminən 1500 metr yüksəkliyə qədər kül və tüstü qalxıb, bu da dəniz səviyyəsindən 5176 metr hündürlüyə çatması deməkdir. Püskürmə qərb istiqamətinə doğru yayılan sıx ağ və boz kül buludları ilə müşayiət olunub.

Daha sonra Semeruda növbəti püskürmə qeydə alınıb və külün 4,7 kilometr yüksəkliyə qalxdığı bildirilib.

Yerli hakimiyyət orqanları vulkanın qaynar qayaları püskürtmə riski səbəbindən sakinlərə və turistlərə kraterdən 5 kilometr radiusda əraziyə yaxınlaşmağı qadağan edib.

Qeyd edək ki, Semeru İndoneziyada dördüncü ən yüksək vulkandır və Yava adasının ən hündür zirvəsi hesab olunur.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
redaktor.az

2Sources