EN

İran 5 ərəb ölkəsindən təzminat tələb edir

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-İsrail əməliyyatı nəticəsində ölkəsinə dəyən ziyana görə bir sıra ərəb dövlətlərindən təzminat tələb ediləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İrəvani bu məsələni BMT-nin baş katibi Antonio Quterreş ünvanladığı məktubda qeyd edib.

Məktubda bildirilir ki, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya İrana dəymiş bütün maddi və mənəvi ziyanı ödəməlidirlər.

Qeyd olunur ki, bu tələb ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı adıçəkilən ölkələrin ərazilərindən istifadə olunması ilə bağlıdır.

"İnterfaks" agentliyinin sitat gətirdiyi məktubda vurğulanır ki, həmin dövlətlərin öz ərazilərindən İrana qarşı istifadə olunmasına icazə verməsi təcavüz aktı kimi qiymətləndirilir.

İrəvani bildirib ki, bu addımlar beynəlxalq hüququn pozulması deməkdir və adı çəkilən ölkələr İran qarşısında öhdəliklərini yerinə yetirməyiblər.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
12
12
redaktor.az

10Sources