EN

İran 5 ərəb ölkəsindən təzminat istədi - hücumlarda birbaşa iştirak ediblər…



İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə iştirak etdiklərinə görə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və İordaniyadan təzminat tələb etdiklərini açıqlayıb.

İran dövlət televiziyası İrəvaninin məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının rotasiyalı sədrliyinə göndərdiyi məktubu yayımlayıb.

Məktubda xatırladılır ki, ABŞ-İsrail hücumları zamanı adı çəkilən ölkələrin ərazilərindən istifadə edildiyinə dair dəlillər əvvəllər Şuraya təqdim edilib. İrəvani məktubunda bildirib ki, ABŞ və İsrail hücumlar zamanı Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn və İordaniyanın ərazilərindən istifadə edib və sözügedən ölkələr bəzi mülki hədəflərə qarşı qanunsuz hücumlarda birbaşa iştirak ediblər.

Bu beş ölkənin beynəlxalq öhdəliklərini pozduğu iddia edən məktubda, İrana dəyən bütün maddi və mənəvi zərərləri kompensasiya etməli olduqları vurğulanır.

Tahir TAĞIYEV

Chosen
13
12
baki-xeber.com

10Sources