EN

Türkiyənin 12 vilayətində FETÖ əməliyyatı

Bakı. Trend:

Türkiyədə İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyasıilə İstanbul Polis İdarəsinin əməkdaşları tərəfindən FETÖ/PDYsilahlı terror təşkilatına qarşı əməliyyat keçirilib.

Trend bu barədəTürkiyə mediasına istinadən xəbər verir.

Aparılan araşdırmalar çərçivəsində təşkilat tərəfindəntəlim-tədris adı altında yaradılan və təşkilata dəstək verənyataqxanalarda təşkil olunan TUS (Tibbdə İxtisaslaşma İmtahanı)düşərgəsində iştirak etdikləri müəyyən edilən, təşkilata üzvlükləbağlı etiraf ifadələrində adları keçən, təşkilatın şifrəli rabitəproqramı “ByLock”dan istifadə və digər cinayətlərdə şübhəli bilinənşəxslərə qarşı əməliyyat başladılıb.

Mərkəzi İstanbul olmaqla Ankara, Bingöl, Bursa, Çorum, İzmir,Kayseri, Konya, Kütahya, Muğla, Ordu və Rize vilayətlərində müəyyənedilmiş ünvanlara eyni vaxtda reydlər keçirilib. Əməliyyat zamanıümumilikdə 17 şübhəli saxlanılaraq nəzarətə götürülüb.

FETÖ əməliyyatı çərçivəsində saxlanılan 17 şübhəlidən 15-ninhazırda fəaliyyət göstərən dövlət qulluqçuları olduğu müəyyənedilib.

Məqalədə:
Chosen
43
1
az.trend.az

2Sources