EN

AIIB və IRU arasında Orta Dəhlizin inkişafı müzakirə olunub

Bakı.Trend:

Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AIIB) BeynəlxalqAvtomobil Nəqliyyatı İttifaqının (IRU) üzvü olan DayanıqlıNəqliyyat üzrə Qlobal İnnovasiya və Bilik Mərkəzi (GSTIKC) iləbirgə Çin və Mərkəzi Asiya arasında logistika əlaqəliliyinə həsrolunmuş seminar keçirib. Tədbir çərçivəsində AIIB və IRU OrtaDəhlizin inkişafını müzakirə ediblər.

Trend bu barədəIRU-ya istinadən xəbər verir.

Tədbirdə hökumətlərin, beynəlxalq təşkilatların, maliyyəinstitutlarının və sahə üzrə maraqlı tərəflərin nümayəndələriiştirak edərək nəqliyyat infrastrukturu, sərhədlərarası əməkdaşlıqvə regional investisiya prioritetləri ilə bağlı fikir mübadiləsiaparıblar.

Məlumata görə, tədbirdə çıxış edən IRU-nun Şərqi və Cənub-ŞərqiAsiya üzrə baş nümayəndəsi Ran Van Çin–Mərkəzi Asiya marşrutlarındaTIR sisteminin tətbiqində əldə olunan son nailiyyətlərdən bəhsedib. O qeyd edib ki, TIR sistemi dənizə çıxışı olmayan ölkələrinsərhədlərarası daşımaların səmərəliliyini və etibarlılığınıartırmaqla əlaqələndirilmiş ticarət mərkəzlərinə çevrilməsinə köməkedir.

Ran Van fiziki infrastruktur investisiyalarının TIR kimi artıqsınaqdan çıxmış daşımaların asanlaşdırılması alətləri iləuzlaşdırılmasının vacibliyini vurğulayıb.

“eTIR kimi rəqəmsal həllər və əsas sərhəd-keçid məntəqələrində“yaşıl dəhlizlər”in inkişafı sayəsində biz nəqliyyatı daha sürətli,daha proqnozlaşdırıla bilən və daha dayanıqlı edirik”, – deyə oəlavə edib.

Ran Van həmçinin qeyd edib ki, TIR yeni ticarət marşrutları vədəhlizlərinin inkişafına da töhfə verir.

“Buna misal olaraq IRU və tərəfdaşlarının Orta Dəhliz üzrədaşımaların təşviqi istiqamətində gördüyü işləri göstərmək olar.Digər mühüm mərhələ isə bu yaxınlarda həyata keçirilmiş ilkintermodal TIR pilot layihəsidir:

"Çin–Özbəkistan marşrutu üzrə yüklər əvvəlcə Mərkəzi Çinin Sianşəhərindən Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur MuxtarRayonundakı Kaşqar-Şimal stansiyasına dəmir yolu ilə daşınıb, dahasonra isə İrkəştam sərhəd-keçid məntəqəsindən Özbəkistanın Cizakşəhərinə qədər TIR sistemi ilə avtomobil nəqliyyatı vasitəsiləçatdırılıb”, – deyə IRU bildirir.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Chosen
16
az.trend.az

1Sources