EN

“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!

Sosial şəbəkələrdə Gəncə şəhər stadionunun son durumuyla bağlı yeni şəkillər və videolar yayılıb.

Görüntülərdən aydın olur ki, nəhəng idman qurğusunda işlər başa çatmaq üzrədi. Artıq ot örtüyü də salınır. İddia olunur ki, stadionun qazonu hibrid, yəni həm süni, həm də təbii ot örtüyünün qarışığı olacaq.

Bəs, ev oyunlarını bu stadionda keçirəcəyi gözlənilən “Kəpəz” nə vaxt evə qayıdacaq? Bu barədə kluba məlumat verilibmi?

“Football-plus.az”ın sualını Gəncə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gəray Qiyasov cavabladı. Həmkarımız bildirdi ki, kluba konkret tarixlə bağlı bilgi verilməsə də, stadionun premyer-liqanın sonuncu – 33-cü turunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu üçün hazır vəziyyətə gətirilməsi üçün çalışırlar.

Qeyd edək ki, bu qarşılaşma mayın 22-si-24-ü aralığında olacaq.

KƏNAN BAHADIR

Chosen
29
1
football-plus.az

2Sources