EN

Hərbi cinayətkar Ruben Vardanyan milyarderlərin siyahısında

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Forbes" jurnalı 2026-cı ilin ən varlı iş adamlarının siyahısını dərc edib.

Modern.az xəbər verir ki, siyahıda törətdiyi cinayətlərə görə Azərbaycan femidası tərəfindən mühakimə olunaraq ömürlük azadlıqdan məhrum edilən Ermənistan vətəndaşı, hərbi cinayətkar Ruben Vardanyan da yer alıb.

Ruben Vardanyan və ailəsinin 1,3 milyard dollar şəxsi sərvətinin olduğu açıqlanıb. O bu göstərici ilə dünyada 2858-ci pillədə qərarlaşıb. 

57 yaşlı Vardanyan eyni zamanda, ən çox sərvəti olan məhbus kimi də ilk pillədə qərarlaşıb. 

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirli bilinərək bu ilin 17 fevralında 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
modern.az

1Sources