EN

Cəfər Cabbarlı parkında bir arakəsmədə boş yer vardı, ora da… FOTO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Paytaxtda sahibkarların qanunazidd əməlləri sayəsində şəhərin küçələrində bəzi iaşə obyektlərinin yaratdığı xaos artıq gözlə görülən həddə çatıb.

Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonu Cəfər Cabbarlıq parkında Azərbaycan Neft və Sənaye Universitetinin arxa çıxışının önünə ticarət köşkü quraşdırılıb. Köşk hələ fəaliyyətə başlamasa da, yaxın müddətdə açılacağı bildirilir. 2 il əvvələ qədər parkda yenidənqurma işləri aparılarkən bu cür köşklər ərazidən çıxarıldı, yalnız 1 ədədi Azadlıq prospektinin kənarında işıqforun yanında qalıb, digər bütün köşklərin ərazidəki fəaliyyəti dayandırılıb.

Köşkün qoyulduğu hissə isə hazırdı metro tuneli ilə bağlı görülən işlərlə əlaqədar hasarlamanın qarşısıdır. Köşk sahibi vəziyyətdən sui-istifadə edib və köşkün bu hissəyə qoydurmağı bacarıb. Ərazidən istifadə edən skuter və velosiped istifadəçiləri bildirir ki, qeyd olunan hissədəki boşluq onların ara yolla Dilarə Əliyeva küçəsinə çıxışını da təmin edirdi. İndi bu hissə ticarət obyektinə çevriləcək və arakəsmə bir növ dolacaq. Vətəndaşlar aidiyyəti qurumların məsələni dərhal nəzarətə götürməsini və belə problemlərin qarşısının alınmasını tələb edib.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
avtosfer.az

1Sources