EN

Kim Çen In Yaponiyada yaşayan koreyalılara 2 milyon dollar ayırıb

BAKI, 14 aprel. TELEQRAF

Şimali Koreya lideri Kim Çen In Yaponiyada yaşayan koreyalıların təşkilatına maliyyə dəstəyi göstərib.

Teleqraf xəbər verir ki, o, “Çxonryon” təşkilatına təxminən 2 milyon dollar vəsait köçürüb.

Məlumata görə, ayrılan vəsait təşkilat üzvlərinin uşaqları üçün təhsil və təqaüd fonduna yönəldiləcək.

Qeyd olunur ki, bu yardım Kim İl Sunun doğum gününün 114-cü ildönümü münasibətilə edilib və bu tarix Şimali Koreyada “Günəş Günü” kimi qeyd olunur.

Bildirilib ki, bu, Şimali Koreya rəhbərliyinin sözügedən fonda etdiyi 172-ci maliyyə dəstəyidir və ümumi məbləğ 50 milyard yendən çoxdur.

Məlumata görə, “Çxonryon” Yaponiyada yaşayan və Şimali Koreyaya yaxın mövqe tutan koreyalıları birləşdirən təşkilatdır və qeyri-rəsmi nümayəndəlik funksiyası daşıyır.

Chosen
43
teleqraf.com

1Sources