EN

Ulduz futbolçunun müqaviləsində Real Madrid üçün xüsusi bənd yerləşdirilib FOTO

ain.az, Milli.az saytına istinadən bildirir.

Ulduz futbolçunun müqaviləsində "Real Madrid" ilə bağlı bənd yerləşdirilib.

Milli.Az xəbər verir ki, ​"Borussiya Dortmund"un müdafiəçisi Niko Şlotterbekin gələcəyi ilə bağlı maraqlı detallar üzə çıxıb. Almaniyalı futbolçunun müqaviləsinə xüsusi bir maddə əlavə etdiyi məlum olub.

​Məlumata görə, Şlotterbekin müqaviləsində yer alan bu xüsusi sərbəstqalma bəndi məhz 2026-cı il Dünya Çempionatından sonra qüvvəyə minəcək. Bu bəndin əsas diqqətçəkən tərəfi isə onun birbaşa İspaniya nəhəngi "Real Madrid" ilə əlaqəli olmasıdır.

​Əgər "Kral Klubu" 2026-cı ilin yayında istedadlı müdafiəçini heyətinə qatmaq istəsə, ödəyəcəyi məbləğ aşağıdakı aralıqda dəyişəcək:

​Minimum: 50 milyon avro​Maksimum: 60 milyon avro

​Bu maddə, "Real Madrid"ə digər klublarla müqayisədə üstünlük qazandırır və transfer prosesini daha əlçatan edir. (Offsideplus.az)

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
3
news.milli.az

4Sources