“Yuventus” Lois Opendanın transferini məcburi şərtə əsasən rəsmiləşdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, Turin klubu A Seriyasında ilk 10-dan kənara düşməyəcəyi üçün “Leypsiq”ə 40,6 milyon avro ödəməlidir.
İcarə üçün artıq 4,1 milyon avro xərclənib. Klub yayda 26 yaşlı hücumçunu satmağı planlaşdırır.
Openda bu mövsüm çempionatda 23 oyunda cəmi 1 qol vurub.