İran ordusu maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib. Buna səbəb ABŞ-ın Hörmüz boğazını blokadaya almasıdır.
KONKRET.az xəbər verir ki, bu barədə İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən Məcid ibn əl-Rza bildirib.
O bildirib ki, ölkəsi istənilən ssenariyə hazırdır və ona qarşı təcavüz törədənlər sərt və qətiyyətli cavab alacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Hörmüz boğazındakı blokadasından yan keçməyə cəhd edən bütün İran gəmilərini məhv etməklə hədələyib./globalinfo