EN

Məhəlləyə çəkdikləri içməli su və kanalizasiya xəttləri toqquşduVİDEO

Məhəlləyə çəkilən su xətti kanalizasiya xəttinin qarşısını kəsib. Toqquşan xəttlər məhəllə sakinlərini susuz qoyub, çirkab sular isə həyətlərə dolub.

Xezerxeber.az xəbər verir ki, kadrlar Abşeron rayonu Masazır qəsəbəsindəndir. Qəsəbədə yaşayan bir qrup sakini iddia edir ki, intensiv yağan yağışlardan sonra toqquşan xəttlərdə yaranan problem hələ də aradan qaldırılmayıb.

Sakinlərin sözlərinə görə, xəttin sıradan çıxması nəticəsində əraziyə axan su orada hasarın uçmasına da səbəb olub.

İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidmətindən "Xəzər Xəbər"ə bildirldi ki, sözügedən ünvanda qazıntı işlərini vətəndaşlar özbaşına aparıblar. Qazıntı zamanı ərazidən keçən içməli su xətti zədələnərək yararsız hala salınıb. Əraziyə müvafiq sukanal idarəsi tərəfindən baxış keçirilib.

Borunun zədələnmiş hissəsinin dəyişdirilməsi üçün material sifariş edilib, yaxın günlərdə xətt dəyişdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
12
xezerxeber.az

1Sources