EN

Hikmət Hacıyev Kayrat Sarıbayla AQEM sammitini müzakirə etdi

Hikmət Hacıyev Kayrat Sarıbayla AQEM sammitini müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.

AFN.az xəbər verir ki, bu barədə Baş katib özünün "X” hesabında paylaşım edib.

Görüş zamanı qarşıdan gələn AQEM sammiti və AQEM Media Forumuna hazırlıqlar geniş müzakirə olunub.

Kayrat Sarıbay AQEM çərçivəsində Azərbaycanın nümayiş etdirdiyi güclü liderliyi və təşkilatın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb.

Chosen
5
10
afn.az

10Sources