EN

BDYPİ-dən yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət

Bakı. Trend:

Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrindəmüşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçılarıüçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyiniartırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyathadisələrinin başvermə riskini yüksəldir.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərəmüraciətində deyilir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hava şəraitini düzgünqiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayətetməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyatvasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfilmanevrlərdən çəkinməyi xahiş edir.

Bildirilir ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı vəsəbrli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinintəmin olunmasında mühüm rol oynayır. Bu səbəbdən sürücüləri yolhərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq.

Chosen
21
26
az.trend.az

10Sources