EN

Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Xankəndi şəhərində fəaliyyət göstərən şərab satışı mağazasında nöqsanlar aşkarlanıb.

Bu barədə Bakupost.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, mağazada yararlılıq müddəti ötmüş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. Həmçinin, sanitariya normaları və qaydalarının pozulduğu müəyyən edilib.

Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
18
www.bakupost.az

10Sources