EN

DOST-da xidmətlərin əlçatanlığı müzakirə olunub

DOST Agentliyində “DOST xidmətlərinin əlçatanlığı” mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə qurumun fəaliyyəti və xidmətlərin vətəndaşlar üçün daha əlçatan olması istiqamətində görülən işlər müzakirə edilib.

 

İctimai dinləmədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, qurumun digər rəhbər şəxsləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

 

Tədbir “İctimai iştirakçılıq haqqında” qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov tədbirlə bağlı açıqlamasında bildirib ki, müzakirələr konstruktiv və məzmunlu keçib.

 

O, həmçinin qeyd edib ki, belə ictimai dinləmələr xidmətlərin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Elşad Məmmədov tədbirə dəvətə görə DOST Agentliyinin rəhbərliyinə təşəkkürünü ifadə edib.

Zəhra Ağayeva

Chosen
9
qht.az

1Sources