EN

Müflis olmuş milyarderin dəbdəbəli villası SATIŞA ÇIXARILIR – FOTO

Avstriyada müflis olmuş milyarder Rene Benkonun dəbdəbəli villası satışa çıxarılır.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Avstriyada “Laura Privatstiftung” fondunun müflis olmasından sonra daşınmaz əmlak holdinqi “Signa”nın qurucusu Rene Benko ilə əlaqəli aktivlərin satışına hazırlıq görülür.

Söhbət İnsbruk yaxınlığındakı böyük villadan və təxminən 8 min kvadratmetr sahəsi olan torpaq sahəsindən gedir.

İflas administratorları satışdan əldə ediləcək vəsaiti kreditorlara olan borcların ödənilməsinə yönəltməyi planlaşdırırlar.

Fond 2026-cı ilin mart ayında müflis olduğunu elan edib. Buna səbəb arbitraj məhkəməsinin fondla əlaqəli strukturları “Signa” qrupuna əvvəllər investisiya yatırmış Əbu-Dabi fondu qarşısında təxminən 700 milyon avro (təxminən 1 295 000 000 manat) məbləğində borclu çıxarması olub.

Məhz bu qərardan sonra kreditorlar ilk dəfə olaraq Benkonun şəxsi aktivlərinə iddia etmək hüququ qazanıblar.

“Signa” ətrafındakı hadisələr üçün bu, mühüm dönüş nöqtəsidir. Əvvəllər Benkonun şəxsi və ailə aktivləri holdinqin borclarından böyük ölçüdə ayrı saxlanılırdı. İndi isə təkcə villanın deyil, fonda məxsus digər obyektlərin də satışa çıxarılması gözlənilir.

Qeyd edək ki, Rene Benko özü 2025-ci ilin yanvarından etibarən İnsbrukda həbsdədir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
19
interpress.az

1Sources